İran hakimiyyəti Sünni Türk şairinə əzizləmə törəni keçirdi

Urmu News(28 oktyabr): Urmiyəli tanınmış şair və din alimi “Dədə Katib”ə (4 aban, 26 oktyabr) cumə axşamı (saat 14:00-də əzizləmə törəni keçirildi. Törən şairin yaşadığı qəsəbə “Quluncu”da və batı Azərbaycan İrşad idarəsi tərəfindən düzənlənmişdir.
Neçə ay öncədən Qulunculu kültür və sənət sevənlərin Dədə Katib əzizləmə mərasimini keçirmələri üçün yetgililərdən izin istədiklərinə rəğmən izin verilmədi, ama nəhayət İrşad idarəsi adına mərasimi keçirməyə qərar verilmişdir.
Azərbaycanın Sünni Türklərinin böyük qəsəbələrindən biri olan Quluncu mədrəsəsində keçirilən Törəndə Urmiyə şəhərinin İslami şura məclisində olan vəkilləri, İrşad idarəsi yetgililəri, Urmiyə və başqa şəhərlədən gələn bəzi tanınmış şair və aşıqlar, Ənzəl mahalı bəxşdarı və Qulunculu aşıq və şairlərinin çıxışları olub. Merasime qatılan cemiyet 2 mine yaxın xeber verilib. İran sevgisi və İrançılıq danışıqlarının əsas qonusu olan yetgililərdən ilk çıxış edən Ənzəl bəxşdarı olmuşdur. O Quluncu əhalsindən yaxında həyata keçiriləcək “Xubriqan” məclisi seçgilərinə qatılmalarını istəmişdir. Urmu şəhəri millət vəkilləri (Abbaspur, Fəttahi və Cəhangirzadə) isə danışıqlarında İranda ırqlar və məzhəblər arasında heç bir ayrı seçgilik və fərq yoxdur deyə birlikdən və İrana bağlılıqdan söz etmiş və əhalini bunları gerçəkləşdirməyə dəvət etmişlər.
Mərasimdə çıxış edən Aşıqlar o cümlədən aşıq Dehqan, “Vərdan”lı Aşıq Mənaf, Qulunculu Aşıq Bəxşəli, aşıq Bulud və Qulunculu aşıq Zəkərya, Dədə Katibin şərləri ilə bəstələnən Urmu aşıq mahnılarını oxudular. Eləcə də Urmu şairlərindən Səyyad Gülipur və Babəli Cəvanmərd Öz şərlerini oxumaqla çıxış etdilər. Mərasimin sonunda Dədə katib mərasimə qatılanlardan təşəkkür edib və öz şerlərini iştirakçılara oxudu. Mərasimin sunucusu İrşad idarəsində yetgili olan Abbaszadə idi.
Mərasimin keçirildiyi Quluncu mədrəsəsi və onun ətrafında bir çox sayda İntizami polis və İttilaat quvvələri və Ənzəl mahalının “Bəsic”lərinin yer aldığı xəbər verilibdir. İran qəzetinin Türkləri aşağılıdığı karikatürə qarşı həyata keçirilən etiraz aksiyalarından sonra bu etirazlara çox geniş qatılan Azərbaycanlı Sünni Türk fəallarına olan təzyiqlər də artmışdır. Sünni Türklərcə onların məruz qaldığı sıxıntı və basqılar Türk və Sünni olduqlarından dolayı daha artıqdır. Urmiyə, Salmas və Xoy şəhəerlərində yaşayan Sünni Türklərin 150 mindən artıq nufüsə sahib olduqlarına rəğmen heç bir mədəni dərnek ve qurumları yoxdur. Onların dövlət dayilerində işə alınmaları çox az və yaşadıqları bölgələr isə iqtisadi baxımdan olduqca geridə saxlanılmışdır.
Bir çox Azərbaycanlı siyası fəal və hətta şairlərin mərasimə dəvət olmalarına qarşı çıxan irşad idarəsi və Ənzəl Bəxşdarı muxalifətlərinə dəlil olaraq mərasimin siyası olmadığına işarə etmişlər. Özəl olaraq Azərbaycanlı Sünni Türk mədəni fəalları ilə sıx əlaqədə olan Nağadəyli aşıq və şairlərin mərasimə dəvət olmaları qadağan edilmişdir. İrşad idarəsi yetgililərinin dediklərinə görə Xurdad hadisələrində Nağadəydə zidd-i İnqilab quvvələrin çox fəal olduğu onlar üçün bəlli olmuşdur. Qeyd etmək lazimdir ki Azərbaycan Türklərinin Xurdad ayı etirazlarında 14-dən artıq Nağadeyli etirazlarda iştirak etdikləri üçün İran hakimiyyəti quvvələri tərəfindən öldürülüdü.